EN

Sarayda minik avtomobili yandı

Abşeron rayonu ərazisində minik avtomobili yanıb.

Bizim.Media xəbər verir ki, hadisə Saray qəsəbəsində qeydə alınıb.

Belə ki, "Mercedes" markalı minik avtomobili anidən alovlanıb.

Əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi və texnikası cəlb olunub.

Alov qısa müddətdə söndürülüb, ətrafdakı avtomobillərə keçməsinin qarşısı alınıb.

Hadisənin başvermə səbəbləri araşdırılır.

Bizim.Media

Chosen
1
6
bizim.media

8Sources