EN

Hörmüz boğazında gərginlik neft qiymətlərini kəskin qaldırıb

Hörmüz boğazında gəmi nəqliyyatının pozulması fonunda Brent markalı neftin qiyməti kəskin artıb...

Poliqon xəbər verir ki, qlobal enerji bazarlarında qiymətlər kəskin yüksəlib. Reuters Agentliyinin məlumatına görə, Hörmüz boğazı ətrafında gəmiçiliyin pozulması ilə bağlı narahatlıqlar fonunda neftin qiyməti bazar iştirakçıları tərəfindən sürətlə yuxarı qiymətləndirilib.

Neft treyderlərinin bildirdiyinə əsasən, bazar ertəsi günü qeyri-birja əməliyyatlarında Brent nefti markalı xam neftin qiyməti təxminən 10 faiz artaraq bir barel üçün 80 ABŞ dolları səviyyəsinə yüksəlib. Qiymət artımı əsasən Yaxın Şərqdə logistika risklərinin artması və regiondan enerji tədarükünün təhlükə altına düşə biləcəyi ilə bağlı gözləntilərlə əlaqələndirilir.

Ekspertlər qeyd edirlər ki, Hörmüz boğazı dünya üzrə dəniz yolu ilə daşınan neftin mühüm hissəsinin keçdiyi əsas tranzit marşrutudur. Bu strateji keçiddə hər hansı məhdudiyyət və ya təhlükəsizlik riski qlobal enerji bazarlarında dərhal qiymət dalğalanmalarına səbəb olur. Hazırkı vəziyyət investorlar arasında risklərin artması ilə bağlı narahatlıqları gücləndirib və spekulyativ alışları stimullaşdırıb.

Analitiklərin fikrincə, bölgədə gərginliyin davam etməsi və gəmiçilik fəaliyyətinin tam bərpa olunmaması halında neft qiymətlərində volatillik yaxın günlərdə də yüksək olaraq qala bilər. Eyni zamanda, bazar iştirakçıları vəziyyətin inkişafını və mümkün geosiyasi riskləri diqqətlə izləyirlər.

Poliqon.info

Chosen
96
1
poliqon.info

10Sources