EN

"Rəqib qapımıza bir dəfə də olsa zərbə vura bilmədi” - Kurban Berdiyev

style='margin-bottom:10px;'>

Misli Premyer Liqasının 22-ci turu çərçivəsində "Turan Tovuz" "İmişli"ni qəbul edib. Qarşılaşma qolsuz bərabərliklə yekunlaşıb.

QOL.az xəbər verir ki, Tovuz təmsilçisinin baş məşqçisi Kurban Berdiyev matçdan sonra oyun barədə fikirlərini bölüşüb.

Təcrübəli mütəxəssis üstün oyun nümayiş etdirmələrinə baxmayaraq nəticənin qənaətbəxş olmadığını vurğulayıb:

"Bu gün kifayət qədər qol imkanlarımız olsa da, təəssüf ki, onlardan istifadə edə bilmədik. Rəqib bütün oyun boyu qapımıza bircə dəfə də olsun zərbə vura bilmədi. Lakin biz bu gün meydanda iki xal itirdik".

K.Berdiyev yeni transferlər Coş Ginelli və İbrahima Vadjinin komandaya adaptasiyası və qarşıdakı gərgin qrafik barədə sualları da cavablandırıb:

"Onların komandaya maksimum xeyir verməsi üçün məşqlərdə ciddi çalışırıq. İnanıram ki, yaxın oyunlarda bu problemi tamamilə aradan qaldıracağıq. Futbolçularımın fiziki vəziyyəti hazırda qaneedicidir. Həm kubokda "Kəpəz", həm də çempionatda "Neftçi" ilə oyunlara hazırlaşacağıq".

Baş məşqçi həmçinin Aleks Souzanın komandadan ayrılması ilə bağlı qəti mövqeyini bildirib:

"Souzanı mövsümün sonuna qədər saxlamaq barədə düşünmürük. Bu məsələdə haqlı olaraq belə qərar vermişik və bu mövqeyimiz dəyişməzdir".

Chosen
26
3
teleqraf.com

4Sources