EN

Xameneinin səlahiyyətlərini icra edən Əlirza Ərafi KİMDİR? VİDEO

Oxu.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

"Bütün beynəlxalq sənədlərdə Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz ərazisi kimi tanınır. Odur ki, Dağlıq Qarabağ Azərbaycana qaytarılmalıdır".

Oxu.Az xəbər verir ki, bu sözlərin müəllifi İranın öldürülən ali lideri Əli Xameneinin səlahiyyətlərinin icra etməklə həvalə olunan ayətullah Əlirza Ərafidir.

Yeni ali rəhbər seçilənə qədər ölkəni müvəqqəti idarə edən İranın Rəhbərlik Şurasına daxil olan Ə.Ərafi bu açıqlamanı 2020-ci il oktyabrın 7-də verib.

Xameneinin səlahiyyətlərini icra edən Əlirza Ərafi KİMDİR? - VİDEO

Ə.Ərafi həmin açıqlamasında qeyd edib ki, Sovet İttifaqı 70 il ərzində Azərbaycan əhalisinin İslam dininə inancını sarsıda bilməyib.

"İranla Azərbaycan arasındakı dostluq və qardaşlıq münasibətlərinin hökm sürməsindən narahat olan qüvvələrin təfriqə yaratmasına imkan verilməməlidir. Bu gün müsəlmanların dini və əxlaqi vəzifələri fitnələrə uymamaq, Azərbaycanın ərazi bütövlüyünü müdafiə etməkdən ibarət olmalıdır. Azərbaycan dünyaya görkəmli elm, mədəniyyət və din xadimləri bəxş edib" , - deyə o, bəyanatında vurğulamışdı.

Bundan başqa, o, 2024-cü ilin sentyabrında verdiyi açıqlamada Zəngəzur dəhlizinin İran üçün "qırmızı xətt"olduğunu demişdi:

"Biz Rusiyaya xəbərdarlıq edirik ki, dostluq münasibətlərinə baxmayaraq, üç ada və Zəngəzur dəhlizinin mülkiyyət məsələsi bizim qırmızı xəttimizdir".

Məlumat üçün qeyd edək ki, ayətullah Ə.Ərafi 1959-cu ildə Meybod şəhərində anadan olub. Onun atası Məhəmməd İbrahim Ərafi din xadimlərindən biri və Seyid Ruhullah Xomeyninin yaxın dostu olub. Anası da Kazım Malik Əfzəli Ərdəkaninin övladlarından olub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
11
2
oxu.az

3Sources