Azərbaycan II Liqasında "Ayın qolu" layihəsi çərçivəsində "Quba" klubunun futbolçusu Ramin Məhərrəmov mükafatlandırılıb.
Bu barədə "Report"a Peşəkar Futbol Liqasından bildirilib.
Dekabrın ən yaxşı qolunun müəllifinə mükafatı XVI turun "Quba" – "Kür-Araz" qarşılaşmasından əvvəl Peşəkar Futbol Liqasının Yarışların təşkili və qeydiyyatı şöbəsinin rəisi Elçin Mehtiyev təqdim edib.