EN

İranın hücumu zamanı BƏƏ-də 3 nəfər ölüb: Yaralananlar arasında azərbaycanlı da var

Fevralın 28-də İran tərəfindən hücumun başlamasından etibarən Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) zərbələr nəticəsində üç nəfər ölüb.

Bizim.Media TASS-a istinadən xəbər verir ki, bu barədə BƏƏ Müdafiə Nazirliyi məlumat yayıb.

Nazirlikdən bildiriblər ki, həlak olanlar arasında Pakistan, Nepal və Banqladeş vətəndaşları var. Müxtəlif dərəcəli bədən xəsarətləri alanların sayı 58 nəfərdir.

Yaralananlar arasında BƏƏ, Azərbaycan, Misir, Efiopiya, Filippin, Pakistan, İran, Hindistan, Banqladeş, Şri-Lanka, Yəmən, Uqanda, Eritreya, Livan və Əfqanıstan vətəndaşları var.

Bizim.Media

Chosen
23
1
bizim.media

2Sources