EN

İranda Müvəqqətli Liderlik Şurası öz işinə başlayıb – Pezeşkian

Bakı. Trend:

İranda Müvəqqəti Liderlik Şurası öz işinə başlayıb.

Trend-inməlumatına görə, bunu İran prezidenti Məsud Pezeşkian İranvətəndaşlarına video-müraciətində bildirib.

Onun sözlərinə görə, bu şura İran Konstitusiyasının 111-cimaddəsinə əsasən öz işinə başlayıb.

Pezeşkian bildirib ki, İran İslam İnqilabının banisi AyətullaSeyid Ruhulla Xomeyni və Ali Lider Ayətullah Seyid Əli Xameneininyolunu davam etdirəcək.

İran prezidenti əlavə edib ki, İran Silahlı Qüvvələri qarşıtərəflərin hərbi bazalarını var-gücü ilə vurmaqdadır.

Pezeşkian İranın Ali Lideri Ayətullah Seyid Əli Xameneininvəfatı ilə əlaqədar İran xalqına başsağlığı verib.

Xatırladaq ki, fevralın 17-də Vaşinqton və Tehran arasındakeçirilən nüvə danışıqlarının ikinci raundu irəliləyişsiz başaçatdıqdan sonra ABŞ İrana yaxın ərazilərdə mövcudluğunu artıraraqAvropa və Yaxın Şərqdəki bazalara 150-dən çox təyyarəyerləşdirib.

Qeyd edək ki, fevralın 26-da Cenevrədə İran və ABŞ arasındaİranın nüvə proqramı ilə bağlı danışıqların üçüncü raundukeçirilib. ABŞ Prezidenti Donald Tramp administrasiyasında baştutan görüş vəziyyətin diplomatik yolla tənzimlənməsi üçün son şanskimi qiymətləndirilirdi. Danışıqlarda konkret razılaşmalar əldəolunmayıb. Tehran uranın zənginləşdirilməsini dayandırmaqdan, nüvəobyektlərini demontaj etməkdən və nüvə proqramının inkişafınamüddətsiz məhdudiyyətlər tətbiq etməkdən imtina edib. Fevralın28-də səhər saatlarında İsrail və ABŞ İrana hərbi hava hücumlarınabaşlayıb.

İsrail və ABŞ-nin ötən gün həyata keçirilən hərbi havahücumlarında İranın Ali Lideri Ayətullah Seyid Əli Xamenei və onunailə üzvləri ölüb.

Eyni zamanda İran Ordusunun Baş Qərargah rəisi general-mayorƏbdülrəhim Musəvi, İran İslam İnqilabı Keşikçilər Korpusunun(SEPAH) baş komandanı Məhəmməd Pakpur, İranın Ali Liderininmüşaviri və Müdafiə Şurasının katibi Əli Şəmxani, müdafiə naziriƏziz Nəsirzadə hərbi hava hücumları zamanı ölüblər.

Məqalədə:
Chosen
25
8
az.trend.az

10Sources