EN

ABŞ konsulluğuna HÜCUM – Ölənlər və yaralananlar var

Pakistanda ABŞ konsulluğu qarşısında baş verən qarşıdurmalarda ölənlərin sayı 10-a çatıb, 31 nəfər yaralanıb.

Musavat.com xəbər verir ki, bu barədə “Dawn” qəzeti Karaçi Mülki Xəstəxanasının travmatologiya mərkəzinin icraçı direktoruna istinadən məlumat verib.

Daha əvvəl polis nümayəndəsi bildirib ki, İranın ali liderinin ölümündən hiddətlənmiş “yüzlərlə insan” qəfildən ABŞ konsulluğu qarşısında toplaşıb. CNN xəbər verib ki, onlarla etirazçı konsulluğun baryerlərini yararaq pəncərələrinə çubuqlarla zərbə endirib.

ABŞ-nin İslamabaddakı səfirliyi isə bildirib ki, Karaçi və Lahor şəhərlərində ABŞ konsulluqları qarşısında davam edən nümayişləri izləyir və Pakistanın digər bölgələrində yeni etiraz çağırışlarına diqqət yetirir.

Chosen
8
editor.az

1Sources