EN

İranda qırmızı "qisas bayrağı" qaldırıldı

İranın Qum şəhərindəki Cəmkəran məscidinin günbəzi üzərində qırmızı "qisas bayrağı" qaldırılıb.

 

Bu addım ölkənin ali lideri Əli Xameneinin həlak olması ilə bağlıdır.

 

Bu bayrağın qaldırılması o deməkdir ki, İran rəsmən qisas almağa hazırdır. Daha əvvəl bu ritual 2025-ci ilin iyununda İsraillə "12 günlük müharibə" zamanı icra edilmişdi.

 

Həmçinin, bayraq 2020-ci ildə SEPAH generalı Qasım Süleymaninin ABŞ qüvvələri tərəfindən öldürülməsində sonra qaldırılmışdı./Oxu.az

Tarix: 1 Mart 2026, 16:05   
Chosen
13
2
pravda.az

3Sources