EN

İsrail İranın 40 hərbi rəsmisini öldürdüyünü iddia edir

ain.az, GlobalInfo portalına istinadən məlumat yayır.

“İsrail Müdafiə Qüvvələri (İMQ) “Aslanın Nəriltisi” əməliyyatının ilk zərbəsində 40 yüksək vəzifəli İran hərbi rəsmisini öldürüb”.

Globalinfo.az xəbər verir ki, bu barədə İMQ-nin Telegram kanalında məlumat verilib.

Bildirilib ki, tarixi zərbə bir neçə komandirin görüş yeri və vaxtı barədə məlumat verən kəşfiyyat məlumatları sayəsində mümkün olub:

“Bu da düşmənin diqqətini yayındırıb. İMQ öldürülən komandirlər arasında İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Əbdülrəhim Musəvini xüsusi olaraq qeyd edir”.

28 fevralda İranın Ali Rəhbəri Əli Xamenei, İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) rəhbəri Əli Şamxani, müdafiə naziri Əziz Nəsirzadə və kəşfiyyat rəisi Qulamrza Rezaian öldürüldüyü bəlli olmuşdu.

İran Prezidenti Məsud Pezeşkian hücum zamanı xəsarət almayıb.

Əliyar Xəlil

Globalinfo.az 

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
33
3
globalinfo.az

10Sources