EN

Rikardo Fernandeş: “Neftçi”yə qarşı üç xal qazanmaq istəyirdik”

“Şamaxı”nın qolkiperi Rikardo Fernandeş Misli Premyer Liqasının 22-ci turunda “Neftçi” ilə bərabərə qaldıqları (2:2) matçı şərh edib.

İdman.Biz xəbər verir ki, portuqaliyalı qapıçı sportal.az saytına açıqlamasında rəqibin böyüklüyünə rəğmən qələbə qazanmaq niyyətində olduqlarını bildirib. O, iki dəfə hesabda geri düşmələrinə baxmayaraq, xarakter göstərərək bir xal qazandıqlarını vurğulayıb.

Rəqibin heyətində dubl edən ulduz futbolçu barədə danışan Fernandeş, onu dayandırmağın çətinliyini etiraf edib:

“Vensan Abubakar əla oyunçudur, elit bombardirdir. Onun böyük təcrübəsi var və bu tip oyunçulara qarşı oynamaq xoşdur”.

Təcrübəli əlcək sahibi oyunun sonlarında meydanı bürüyən dumanın hər iki komanda üçün çətinlik yaratdığını, lakin bunu bəhanə etmədiklərini qeyd edib.

O, hazırda bütün diqqətlərini ölkə kubokunda “Qarabağ”la keçiriləcək vacib qarşılaşmaya yönəltdiklərini bildirib.

İdman.Biz
Chosen
18
idman.biz

1Sources