EN

Ronaldu futbol tarixində görünməmiş addım ata bilər

BAKI, 1 mart. TELEQRAF

Portuqaliyalı ulduz futbolçu Kriştianu Ronaldo karyerasında unikal bir addım atmağa hazırlaşır.

Teleqraf İspaniya mətbuatına istinadən xəbər verir ki, hazırda Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunda çıxış edən 41 yaşlı hücumçu İspaniyanın II Liqa təmsilçisi “Almeriya” klubunun həm sahibi, həm də futbolçusu ola bilər.

Ronaldu artıq klubun səhmlərinin 25 faizini satın alaraq onun ortaq sahibinə çevrilib. Ulduz futbolçu yalnız investor kimi qalmaqla kifayətlənməyərək, “Almeriya”nın heyətində meydanda çıxış etmək ehtimalını da açıq saxlayıb.

Klubun baş məşqçisi Rubi Ronaldonun mümkün İspaniyaya dönüşünü “fövqəladə və çox xüsusi hadisə” kimi qiymətləndirib. O, son qərarın Ronaldoya məxsus olduğunu bildirib və əlavə edib ki, klubun istənilən baş məşqçisi onu böyük məmnuniyyətlə qarşılayar.

Qeyd edək ki, “Almeriya” hazırda turnir cədvəlində üçüncü pillədə qərarlaşıb və La Liqaya yüksəlmək uğrunda mübarizə aparır.

Chosen
23
2
teleqraf.com

3Sources