EN

Asiya Çempionlar Liqasının oyunları təxirə salındı

style='margin-bottom:10px;'>

İran, ABŞ və İsrail arasındakı hərbi münaqişənin kəskinləşməsinə görə Asiya Çempionlar Liqasının Qərb zonasında 1/8 final mərhələsinin ilk oyunları təxirə salınıb.

QOL.az xəbər verir ki, bu barədə Asiya Futbol Konfederasiyası (AFK) məlumat yayıb.

Qərb regionuna Səudiyyə Ərəbistanı, BƏƏ, Qətər, İran, Özbəkistan və İraq klubları daxildir. Martın 2 və 3-nə planlaşdırılan qarşılaşmaların Əbu-Dabi, Doha və Dubay şəhərlərində keçirilməsi nəzərdə tutulurdu. Oyunların yeni tarixləri barədə əlavə məlumatın daha sonra veriləcəyi bildirilib.

Şərq regionunda (Yaponiya, Cənubi Koreya, Çin, Tailand, Avstraliya və Malayziya təmsilçiləri) isə matçlar təsdiqlənmiş təqvimə uyğun baş tutacaq.

Təxirəsalma Çempionlar Liqasının ikinci divizionuna da təsir edib. Martın 3-də Dohada Səudiyyə Ərəbistanının “Əl-Əhli” klubu ilə İordaniyanın “Əl-Hüseyn” komandası üz-üzə gəlməli idi. Bir gün sonra isə Dubayda “Əl-Vasl” Səudiyyə təmsilçisi “Əl-Nəsr”i qəbul etməli idi. 

Qeyd edək ki, fevralın 28-də İsrail və ABŞ tərəfindən İrana qarşı hərbi əməliyyatlara başlanılıb. 

Chosen
21
teleqraf.com

1Sources