EN

İranda Müvəqqəti Liderlik Şurasının üzvləri bəlli oldu

Bakı. Trend:

İranda Müvəqqəti Liderlik Şurasının üzvləri İran prezidentiMəsud Pezeşkian, Məhkəmə Sisteminin sədri Qulamhüseyn Mohseni Ejeyivə Konstitusiyaya Nəzarət Şurasının üzvlərindən biri AyətullaƏlirza Ərafi olacaq.

Trend-inməlumatına görə, bunu İranın Məsləhət Şurasının sözçüsü MöhsünDehnəvi “X” platformasındakı hesabında bildirib.

Onun sözlərinə görə, konstitusiyanın 111-ci maddəsinə əsasənyeni lider təyin olunana qədər sözügedən şəxslər tərəfindənMüvəqqəti Liderlik Şurası idarə olunacaq.

Dehnəvi bildirib ki, tez bir zamanda Ayətullah Ərafi seçilib ki,rəhbərlik durmadan davam etsin və Xobrəqan-Ekspertlər iclası tezbir zamanda daimi lideri seçsinlər.

Qeyd edək ki, İran konstitusiyanın 111-ci maddəsinə əsasən, İranlideri öldüyü, istefa verdiyi və ya kənarlaşdırıldığı halda, İranınXobrəqan-Ekspertlər Məclisi dərhal yeni liderin təyin olunması vəelan olunması üçün addım atır. Lider elan olunana qədər prezident,məhkəmə sisteminin rəhbəri və Xobrəqan-Ekspertlər Məclisininseçdiyi bir dini alim liderin bütün vəzifələrini müvəqqəti icraedirlər. Bu müddət ərzində üç nəfərdən hər hansı biri öz vəzifəsiniyerinə yetirə bilməzsə, Xobrəqan-Ekspertlər Məclisinin seçimi iləhəmin şəxsin yerinə seçilir.

Xatırladaq ki, fevralın 17-də Vaşinqton və Tehran arasındakeçirilən nüvə danışıqlarının ikinci raundu irəliləyişsiz başaçatdıqdan sonra ABŞ İrana yaxın ərazilərdə mövcudluğunu artıraraqAvropa və Yaxın Şərqdəki bazalara 150-dən çox təyyarəyerləşdirib.

Qeyd edək ki, fevralın 26-da Cenevrədə İran və ABŞ arasındaİranın nüvə proqramı ilə bağlı danışıqların üçüncü raundukeçirilib. ABŞ Prezidenti Donald Tramp administrasiyasında baştutan görüş vəziyyətin diplomatik yolla tənzimlənməsi üçün son şanskimi qiymətləndirilirdi. Danışıqlarda konkret razılaşmalar əldəolunmayıb. Tehran uranın zənginləşdirilməsini dayandırmaqdan, nüvəobyektlərini demontaj etməkdən və nüvə proqramının inkişafınamüddətsiz məhdudiyyətlər tətbiq etməkdən imtina edib. Fevralın28-də səhər saatlarında İsrail və ABŞ İrana hərbi hava hücumlarınabaşlayıb.

İsrail və ABŞ-nin ötən gün həyata keçirilən hərbi havahücumlarında İranın Ali Lideri Ayətullah Seyid Əli Xamenei və onunailə üzvləri ölüb.

Məqalədə:
Chosen
10
10
az.trend.az

10Sources