EN

Lamin Yamal Messi, Ronaldinyo və Ronaldunu geridə qoydu

ain.az, Moderator.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

İspaniyanın "Barselona" klubunun gənc futbolçusu Lamin Yamal La Liqanın XXVI turunda "Vilyarreal"a qarşı keçirilən matçda (4:1) tarixi uğura imza atıb.

Moderator.az xəbər verir ki, futbolçunun 18 yaş 230 günlüyündə qeydə alınan bu nəticəsi dünya futbolunun məşhur simalarını geridə qoyması ilə diqqət çəkib.

Belə ki, o, karyerasında ilk het-trikini 19 yaşında reallaşdıran Lionel Messi və Ronaldinyonu, həmçinin bu uğura 23 yaşında çatan Kriştianu Ronaldunu qabaqlayıb.

Qeyd edək ki, hazırda yalnız Kilian Mbappe (17 yaş) və Neymar (18 yaş) Yamaldan daha erkən yaşda het-trik müəllifi ola biliblər.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
2
5
moderator.az

6Sources