EN

Pezeşkian: İran Xameneinin sui-qəsdinin qisasını almağı öz vəzifəsi hesab edir

Pezeşkian:

İran Ali Rəhbər Ayətullah Əli Xameneinin sui-qəsdinin qisasını almağı öz vəzifəsi və qanuni hüququ hesab edir.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə İslam Respublikasının prezidenti Məsud Pezeşkianın açıqlamasında bildirilib.

Pezeşkianın Telegram kanalında dərc olunmuş bəyanatda deyilir: "İran İslam Respublikası bu cinayəti törədənlərdən qisas almağı öz vəzifəsi və qanuni hüququ hesab edir".

O, Xameneinin öldürülməsini İsrail və ABŞ tərəfindən dünya müsəlmanlarına qarşı müharibə elanı adlandırıb.

Məryəm Quliyeva

Chosen
20
7
xalqcebhesi.az

8Sources