ABŞ və İsrailin İrana hücumları fonunda qonşu ölkədən Azərbaycan vətəndaşlarının təxliyəsi davam edir.
Son 24 saat ərzində İrandan bir İtaliya və 17 Azərbaycan vətəndaşı təxliyə edilib.
28 fevral saat 8:00-dan 1 mart saat 8:00-dək İrandan üç azyaşlı da daxil olmaqla, ümumilikdə 17 Azərbaycan vətəndaşı təxliyə edilib.
Bundan əlavə, bir İtaliya vətəndaşı Astara sərhəd keçid məntəqəsindən Azərbaycana gəlib.