EN

Gəncədə tanınmış sahibkar qəfil vəfat etdi

Gəncə şəhərində tanınmış sahibkar, "Karamel" qadın geyimləri mağazasının sahibi vəfat edib.

"Unikal" Gencexeber.az-a istinadən xəbər verir ki, 1982-ci il təvəllüdlü Fərid Əkbərovun iş yerində səhhətində qəfil problem yarandığı bildirilir. O, təcili tibbi yardım avtomobili ilə şəhərdə fəaliyyət göstərən özəl xəstəxanalardan birinə çatdırılsa da, həkimlərin səylərinə baxmayaraq həyatını xilas etmək mümkün olmayıb.

İlkin məlumata görə, mərhumda yüngül soyuqdəymə əlamətləri olub. Onun daha sonra vəziyyəti qəfil ağırlaşıb və şoka düşüb.

Qeyd edək ki, Fərid Əkbərov 25 ildən artıq idi ki, sahibkarlıq fəaliyyəti ilə məşğul olurdu. Onun Gəncədə geyim satışı üzrə bir neçə mağazası fəaliyyət göstərirdi və şəhər ictimaiyyəti arasında tanınan simalardan biri idi.

Chosen
23
15
unikal.az

10Sources