EN

Hərbi arsenal nə vaxt bitəcək?

İran cavab zərbələrinin intensivliyini davam etdirərsə, ABŞ, İsrail və Fars körfəzi ölkələrinin tutucu arsenalları bir neçə gün ərzində tükənə bilər.

“Cebheinfo.az” xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi mənbəyə istinadən yazıb:

“Bu ölkələrin Tehranın cavab zərbələrinin öhdəsindən gəlmək qabiliyyəti onların nə qədər tutucu raketə sahib olmalarından asılı olacaq”.

Agentlik qeyd edir ki, ötən il İslam Respublikası ilə gərgin döyüşlərdən sonra onların ehtiyatları çox azdır. İranın rəqiblərinin tutucu raketlərindən daha çox raketi varsa, Tehranın daha çox zərbəsi onların hədəflərinə dəyəcək.

Xatırladaq ki, İsrail və ABŞ 28 fevralda İrana qarşı genişmiqyaslı hərbi əməliyyata başlayıblar. Tehran da daxil olmaqla, respublikanın böyük şəhərləri vurulub. Ağ Ev hücumu İrandan gələn raket və nüvə təhdidlərinə istinad edərək haqlı çıxarıb. İslam İnqilabı Keşikçiləri Korpusu (Silahlı Qüvvələrin elit bölməsi) cavab əməliyyatı elan edib. İrandan raket və pilotsuz təyyarələrin atışları barədə məlumat verilib və İsraildə hava hücumu sirenləri səslənib.

"Mehr" xəbər agentliyinin məlumatına görə, ABŞ-nin Bəhreyn, İordaniya, Qətər, Küveyt, BƏƏ və Səudiyyə Ərəbistanındakı hərbi bazaları da zərbələrə məruz qalıb. Region ölkələri hava məkanlarını bağlayır, aviaşirkətlər isə uçuşları dayandırır.

Xəzər

“Cebheinfo.az”

Chosen
26
cebheinfo.az

1Sources