EN

İranda Müvəqqəti Liderlik Şurası təşkil olunacaq – Laricani

Bakı. Trend:

İranda tezliklə Müvəqqəti Liderlik Şurası təşkil olunacaq.

Trend-inməlumatına görə, bunu İranın Ali Milli Təhlükəsizlik Şurasınınkatibi Əli Laricani yerli mediaya açıqlamasında deyib.

Onun sözlərinə görə, şuranın yaradılması ilə əlaqədar bütünhazırlıq işləri başa çatıb.

Qeyd edək ki, İran konstitusiyanın 111-ci maddəsinə əsasən, İranlideri öldüyü, istefa verdiyi və ya kənarlaşdırıldığı halda, İranınXobrəqan-Ekspertlər Məclisi dərhal yeni liderin təyin olunması vəelan olunması üçün addım atır. Lider elan olunana qədər prezident,məhkəmə sisteminin rəhbəri və Xobrəqan-Ekspertlər Məclisininseçdiyi Xobrəqan-Ekspertlər Məclisindən bir nəfər liderin bütünvəzifələrini müvəqqəti icra edirlər. Bu müddət ərzində üç nəfərdənhər hansı biri öz vəzifəsini yerinə yetirə bilməzsə,Xobrəqan-Ekspertlər Məclisinin seçimi ilə həmin şəxsin yerinəseçilir.

Xatırladaq ki, fevralın 17-də Vaşinqton və Tehran arasındakeçirilən nüvə danışıqlarının ikinci raundu irəliləyişsiz başaçatdıqdan sonra ABŞ İrana yaxın ərazilərdə mövcudluğunu artıraraqAvropa və Yaxın Şərqdəki bazalara 150-dən çox təyyarəyerləşdirib.

Qeyd edək ki, fevralın 26-da Cenevrədə İran və ABŞ arasındaİranın nüvə proqramı ilə bağlı danışıqların üçüncü raundukeçirilib. ABŞ Prezidenti Donald Tramp administrasiyasında baştutan görüş vəziyyətin diplomatik yolla tənzimlənməsi üçün son şanskimi qiymətləndirilirdi. Danışıqlarda konkret razılaşmalar əldəolunmayıb. Tehran uranın zənginləşdirilməsini dayandırmaqdan, nüvəobyektlərini demontaj etməkdən və nüvə proqramının inkişafınamüddətsiz məhdudiyyətlər tətbiq etməkdən imtina edib. Fevralın28-də səhər saatlarında İsrail və ABŞ İrana hərbi hava hücumlarınabaşlayıb.

İsrail və ABŞ-nin ötən gün həyata keçirilən hərbi havahücumlarında İranın Ali Lideri Ayətullah Seyid Əli Xamenei və onunailə üzvləri ölüb.

Məqalədə:
Chosen
40
10
az.trend.az

10Sources