EN

Əli Laricani: Keçid Rəhbərlik Şurası bu gün formalaşdırılır

BAKI, 1 mart. TELEQRAF

İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani ölkənin Ali Rəhbəri Əli Xameneinin ölümü və regiondakı son hərbi gərginliklə bağlı növbəti açıqlamalarını verib.

Teleqraf xəbər verir ki, Laricani ABŞ və İsrailin hərəkətlərinə görə ağır formada cavab verəcəyini bildirib.

O, rəsmi Vaşinqtonun və Təl-Əvivin addımlarını kəskin pisləyərək bildirib:

"ABŞ və İsrail İran xalqının qəlbini yandırdılar, biz də mütləq onların qəlbini yandıracağıq. Ali Rəhbər həmişə adi həyat sürməkdə israrlı idi və özü üçün fərqli bir şərait yaradılmasını istəmirdi".

Laricani ölkənin gələcək idarəçiliyi ilə bağlı mühüm yeniliyi açıqlayıb. Onun sözlərinə görə, Keçid Rəhbərlik Şurasının yaradılması üçün bütün hazırlıqlar başa çatıb və şura bu gün formalaşdırılacaq.

Chosen
25
teleqraf.com

1Sources