EN

Tramp İrana xəbərdarlıq etdi

Bakı. Trend:

ABŞ Prezidenti Donald Tramp İrana xəbərdarlıqla çıxış edib.

Trend-inməlumatına görə, Tramp qeyd edib ki, İran daha sərt zərbələrendirəcəyini açıqlayıb.

“Ancaq bunu etmələri məsləhət deyil. Əgər belə bir addımatarlarsa, biz də indiyə qədər görünməmiş güclə cavab verəcəyik”, –deyə ABŞ Prezidenti bildirib.

Xatırladaq ki, İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH)İranın Ali Rəhbəri Əli Xameneinin qisasının alınacağını və dahagüclü, misli görünməmiş zərbələrin endiriləcəyini bəyan edib.

Qeyd edək ki, İsrailin Tehrana hərbi hava hücumları nəticəsindəİranın Ali Lideri Ayətullah Seyid Əli Xamenei və ailə üzvləriölüb.

Fevralın 17-də Vaşinqton və Tehran arasında keçirilən nüvədanışıqlarının ikinci raundu irəliləyişsiz başa çatdıqdan sonra ABŞİrana yaxın ərazilərdə mövcudluğunu artıraraq Avropa və YaxınŞərqdəki bazalara 150-dən çox təyyarə yerləşdirib.

Qeyd edək ki, fevralın 26-da Cenevrədə İran və ABŞ arasındaİranın nüvə proqramı ilə bağlı danışıqların üçüncü raundukeçirilib. ABŞ Prezidenti Donald Tramp administrasiyasında baştutan görüş vəziyyətin diplomatik yolla tənzimlənməsi üçün son şanskimi qiymətləndirilirdi. Danışıqlarda konkret razılaşmalar əldəolunmayıb. Tehran uranın zənginləşdirilməsini dayandırmaqdan, nüvəobyektlərini demontaj etməkdən və nüvə proqramının inkişafınamüddətsiz məhdudiyyətlər tətbiq etməkdən imtina edib. Fevralın28-də səhər saatlarında İsrail və ABŞ İrana hərbi hava hücumlarınabaşlayıb.

Chosen
17
az.trend.az

1Sources