EN

Tramp: “ABŞ İranın daha güclü cavab zərbəsi endirəcəyini gözləyirdi”

Vaşinqton administrasiyası İranın Yaxın Şərqdəki ABŞ qüvvələrinə və obyektlərinə cavab zərbəsi endirəcəyini gözləyirdi, lakin onun daha güclü olacağını hesablayırdı.

Bizim.Media xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp CBS News telekanalına müsahibəsində bildirib.
 

“Bu, gözlədiyimiz bir şey idi”, – deyə o qeyd edib. “Amma biz düşünürdük ki, zərbə iki dəfə daha güclü olacaq”, – deyə dövlət başçısı İranın cavab hücumu ilə bağlı danışarkən əlavə edib.


Ağ Ev rəhbəri vurğulayıb ki, “hələlik bu, bizim ehtimal etdiyimizdən daha zəifdir”.


Bizim.Media

Chosen
17
bizim.media

1Sources