EN

İranda məktəbdə ölənlərin sayı artdı

Bakı. Trend:

İsrail və ABŞ-nin İrana qarşı hərbi hava hücumları fonundaİranın cənubunda yerləşən Hörmüzqan vilayətinin Minab rayonunda qızməktəbində ölənlərin sayı 148 nəfərə yüksəlib.

Trend-inməlumatına görə, bunu İranın Minab rayonu prokuroru İbrahim Taheriyerli mediaya açıqlamasında deyib.

Onun sözlərinə görə, hadisə nəticəsində yaralıların sayı 95nəfərə çatıb.

Xatırladaq ki, fevralın 17-də Vaşinqton və Tehran arasındakeçirilən nüvə danışıqlarının ikinci raundu irəliləyişsiz başaçatdıqdan sonra ABŞ İrana yaxın ərazilərdə mövcudluğunu artıraraqAvropa və Yaxın Şərqdəki bazalara 150-dən çox təyyarəyerləşdirib.

Qeyd edək ki, fevralın 26-da Cenevrədə İran və ABŞ arasındaİranın nüvə proqramı ilə bağlı danışıqların üçüncü raundukeçirilib. ABŞ Prezidenti Donald Tramp administrasiyasında baştutan görüş vəziyyətin diplomatik yolla tənzimlənməsi üçün son şanskimi qiymətləndirilirdi. Danışıqlarda konkret razılaşmalar əldəolunmayıb. Tehran uranın zənginləşdirilməsini dayandırmaqdan, nüvəobyektlərini demontaj etməkdən və nüvə proqramının inkişafınamüddətsiz məhdudiyyətlər tətbiq etməkdən imtina edib. Fevralın28-də səhər saatlarında İsrail və ABŞ İrana hərbi hava hücumlarınabaşlayıb.

İsrail və ABŞ-nin ötən gün həyata keçirilən hərbi havahücumlarında İranın Ali Lideri Ayətullah Seyid Əli Xamenei və onunailə üzvləri ölüb.

Məqalədə:
Chosen
58
2
az.trend.az

1Sources