EN

İran hökuməti Xameneinin ölümü ilə bağlı 40 günlük milli matəm elan edib

İran hökuməti Ali Rəhbər Əli Xameneinin ölümü ilə bağlı 40 günlük milli matəm elan edib.

APA “əl-Cəzira”ya istinadən xəbər verir ki, hökumət dövlət idarələrinin 7 gün müddətinə bağlanması ilə bağlı qərar qəbul edib.

“IRIB News”un məlumatına görə Xamenei vəzifə borcunu yerinə yetirdiyi zaman həlak olub. Hücumun şənbə gününün erkən saatlarında baş verdiyi bildirilir.

İran İnqilab Keşikçiləri cəmiyyətin bütün təbəqələrini birlik nümayiş etdirmək üçün müdafiə meydanlarında həvəslə və şərəflə iştirak etməyə çağırıb.

Chosen
32
11
apa.az

10Sources