EN

“Sizi izləyəcəyik” Heqset xəbərdarlıq etdi

ain.az xəbər verir, Qafqazinfo saytına əsaslanaraq.

“Prezident Donald Trampın əmri ilə Müharibə Nazirliyi tarixin ən ölümcül, ən mürəkkəb və ən dəqiq hava əməliyyatı olan “Epik Qəzəb” əməliyyatına başlayıb”.

“Qafqazinfo” xəbər verir ki, bunu ABŞ müdafiə naziri Pit Heqset sosial şəbəkə hesaabında yazıb.

“İran hakimiyyətinin bu münaqişədə müəyyən şansı var idi, lakin Tehran razılaşmaqdan imtina etdi və indi bunun nəticələrini yaşayır”, - o qeyd edib.

ABŞ müdafiə naziri qeyd edib ki, təxminən son 50 il ərzində İran amerikalıları hədəfə alıb, öldürüb və radikal məqsədlərini irəli aparmaq üçün dünyanın ən güclü silahlarını axtarıb:

“Dünən gecə isə Prezident Tramp bu problemi həll etmək üçün konkret addım atıb.

Biz Amerika xalqını hədəf alan raketlərə dözməyəcəyik. Bu raketlər və İranın raket istehsalı sistemləri məhv ediləcək. İran donanması zərərsizləşdiriləcək və Prezident Trampın bütün həyatı boyu dediyi kimi, İran heç vaxt nüvə silahına sahib olmayacaq”.

O vurğulayıb ki, bu münaqişəni ABŞ başlatmayıb, lakin ölkə onu bitirməkdə qətiyyətlidir:

“Əgər İranın etdiyi kimi, dünyanın hər hansı bir yerində amerikalıları öldürsəniz və ya təhdid etsəniz, biz sizi izləyəcəyik və cavab verəcəyik”.

Müdafiə naziri ABŞ döyüşçülərinin dünyanın ən yaxşıları olduğunu bildirib və əməliyyatın məqsədlərinə çatmaq üçün tam sərbəst fəaliyyət göstərəcəyini vurğulayıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
18
qafqazinfo.az

1Sources