EN

Bakıda ev qiymətinə olan qarajlar

Şəhərin mərkəzi hissəsində yerləşən çoxmərtəbəli binaların qarajlarında qiymətlər kifayət qədər yüksəkdir.

Publika.az Xəzər TV-yə istinadən xəbər verir ki, əmlak məsələləri üzrə ekspert Nofəl Quliyev bildirib ki, həmin qarajların digərlərindən ciddi fərqi yoxdur.

Ekspertin sözlərinə görə, qiymət artımının əsas səbəbi şəhərin birinci zonasında təklifin az, tələbin isə çox olmasıdır. O qeyd edib ki, yüksək qiymətlərlə yanaşı, bu cür qarajların müəyyən riskləri də mövcuddur. Xüsusilə çıxarışı (mülkiyyət sənədi) olmayan dayanacaqların sonradan satışı çətinləşir.

İcarə qiymətlərinə gəlincə, ekspert bildirib ki, belə qarajların aylıq icarə haqqı 250-400 manat arasında dəyişir.

Chosen
37
5
publika.az

5Sources