EN

İsrail BMT də özünə belə haqq qazandırdı

ain.az, Unikal.az portalına istinadən məlumat yayır.

İsrail "mövcudluq təhlükəsinin" dönməz bir reallığa çevrilməsinin qarşısını almaq üçün ABŞ ilə əməkdaşlıq edir.

"Unikal" xəbər verir ki, bu barədə İsrailin Birləşmiş Millətlər Təşkilatındakı səfiri Denni Danon Təhlükəsizlik Şurasının iclasında deyib. 

O bildirib ki, son 47 ildir İran rejimi rəsmi olaraq "İsrailə ölüm" və "Amerikaya ölüm" şüarlarını təbliğ edir, eyni zamanda uran zənginləşdirmə proqramını, raket inkişafını və yeraltı qurğularını inkişaf etdirir: "Bu nifrət İran rejiminin rəsmi siyasətidir, ekstremist azlığın davranışı deyil".

İsrail səfiri hərbi əməliyyatların zəruri olduğunu vurğulayıb. Çünki onun sözlərinə görə, İran rejimi zənginləşdirməni dayandırmaqdan və tam yoxlamaları qəbul etməkdən imtina edib. O əlavə edib ki, birgə əməliyyat təhlükə qaldığı müddətcə davam edəcək və İsrail təhlükəsizliyini təhlükə altına qoyan dönməz bir reallığı qəbul etməyəcək.

Ağarza Elçinoğlu

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
38
unikal.az

1Sources