Oxu.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
Təl-Əviv bölgəsində İrandan buraxılan raketin düşməsi nəticəsində təxminən 40 yaşlı bir qadın həlak olub, daha 20-dən çox insan yaralanıb.
Oxu.Az xəbər verir ki, bu barədə "Kan" dövlət teleradio şirkəti məlumat yayıb.
Polisin mətbuat xidmətindən bildiriblər ki, hüquq-mühafizə orqanları Təl-Əviv bölgəsində hadisənin fəsadlarının aradan qaldırılması üzrə işləri davam etdirir.
"Mövcud məlumata görə, 22 zərərçəkən təxliyə edilib, dağıntılar altında qalan şəxslərin axtarışı davam edir", - deyə açıqlamada bildirilib.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.