EN

Bürc əl Ərəb hoteli İranın hücumu zamanı zədələnib VİDEO

Oxu.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Vurulmuş pilotsuz uçuş aparatının qalıqları Dubayda (BƏƏ) yerləşən "Bürc əl Ərəb" hotelinin binasına dəyib, nəticədə yanğın baş verib. Xəsarət alanlar barədə məlumat yoxdur.

Oxu.Az xəbər verir ki, bu barədə əmirlik hökumətinin mətbuat xidməti məlumat yayıb.

"Rəsmilər təsdiqləyirlər ki, pilotsuz uçuş aparatı ələ keçirilib və qalıqları hotelin xarici fasadında kiçik yanğına səbəb olub. Mülki müdafiə qrupları dərhal reaksiya verərək insidenti nəzarətə götürüblər. Xəsarət alanlar barədə məlumat yoxdur", - deyə "X" sosial şəbəkəsində yerləşdirilən paylaşımda bildirilib.

02:44

Dubayda yerləşən beşulduzlu "Bürc əl-Ərəb" hoteli İranın hücumu nəticəsində zədələnib.

Oxu.Az xəbər verir ki, bu barədə "Clash Report" platforması məlumat yayıb.

"İranın pilotsuz uçuş aparatı beşulduzlu "Bürc əl-Ərəb" hotelinə zərbə endirib", - deyə "Telegram" kanalında bildirilib.

İsrailin "Ynet" portalı da İranın hücumundan sonra Dubay Beynəlxalq Hava Limanının zədələndiyini yazıb. Şəhər hökumətinin mətbuat xidməti isə hadisə nəticəsində dörd nəfərin xəsarət aldığını açıqlayıb.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
38
1
oxu.az

2Sources