EN

İsrail ordusu: İranın yeddi yüksəkvəzifəli şəxsi zərərsizləşdirilib

Modern.az saytına istinadən ain.az xəbər verir.

İsrail Hərbi Hava Qüvvələrinə məxsus qırıcıların İran ərazisində hərbi obyektlərə endirdiyi dəqiq zərbələr nəticəsində yeddi yüksəkvəzifəli iranlı şəxsin öldürüldüyü bildirilib.

Modern.az-ın yaydığı məlumata görə, açıqlama İsrail Müdafiə Ordusu (SAXAL) tərəfindən verilib.

Məlumata əsasən, həlak olanlar arasında İranın ali lideri Əli Xameneinin baş müşaviri Əli Şəmxani, İslam İnqilab Keşikçiləri Korpusunun komandanı Məhəmməd Pakpur, İran Silahlı Qüvvələrinin kəşfiyyat rəhbəri və Baş Qərargahın yüksək rütbəli zabiti Saleh Əsədi, ali liderin hərbi ofisinin rəhbəri Məhəmməd Şirazi, müdafiə naziri Əziz Nasirzadə, SPND (Müdafiə İnnovasiyaları və Tədqiqatları Təşkilatı) rəhbəri Hüseyn Cəbəl Əməliyan, həmçinin nüvə proqramı ilə əlaqələndirilən qurumun keçmiş rəhbəri Rza Mozaffari-Nia yer alır.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
22
18
modern.az

10Sources