"Misli" və Peşəkar Futbol Liqasının birgə keçirdiyi "Ayın qolu" layihəsi çərçivəsində yanvar ayının ən yaxşı qolunun müəllifi olan Domi Massumo mükafatlandırılıb.
Sportinfo.az xəbər verir ki, "Qəbələ"nin hücumçusuna mükafatı Misli Premyer Liqasının 22-ci turunun"Karvan-Yevlax"la görüşündən əvvəl "Azərlotereya" ASC-nin İctimaiyyətlə əlaqələr və korporativ sosial məsuliyyət üzrə rəhbəri Seymur Teymurov təqdim edib.