Misli Premyer Liqasında XXII turun daha bir oyunu keçirilib.
Sportinfo.az xəbər verir ki, "Qəbələ" doğma məkanda "Karvan-Yevlax"la üz-üzə gəlib.
Qəbələ şəhər stadionunda gerçəkləşən qarşılaşma heç-heçə yekunlaşıb - 1:1.
Qonaqlardan İmani Barker 26-cı dəqiqədə hesabı açıb. Meydan sahiblərinin heyətində Seydina Keyta 37-ci dəqiqədə tarazlığı bərpa edib.
Bu nəticədən sonra xallarının sayını 16-ya çatdıran "Qəbələ" 10-cu pillədə qərarlaşıb. Qonaqlar 7 xalla sonuncu - 12-ci sıradadır.
"Qəbələ" - "Karvan-Yevlax"1:1