EN

Ərdoğan İranın hücumlarını pislədi

Ajans.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. “Eyni şəkildə, səbəbi nə olursa-olsun, İranın Körfəz ölkələrinə qarşı həyata keçirdiyi raket və dron hücumlarını da qəbuledilməz hesab edirik. Müharibənin daha da böyüməməsi və böyük faciələr yaşanmaması üçün başda İslam dünyası olmaqla, bütün aktorlar təcili şəkildə hərəkətə keçməlidir. Biz Türkiyə olaraq problemlərin həll olunması üçün üzərimizə düşən öhdəlikləri yerinə yetiririk və yetirəcəyik.

Sərhəd təhlükəsizliyimiz və hava məkanımız baxımından heç bir problemimiz yoxdur. Ən yüksək səviyyədə bütün tədbirləri görürük”, - deyə Ərdoğan əlavə edib.

Chosen
76
Ajans.az

1Sources