Ermənistanın baş naziri bu dəfə də gündəlik həyatdan olan sadə görüntüləri ilə diqqət mərkəzinə düşüb.
NOCOMMENT.az xəbər verir ki, baş nazirin şəxsi sosial şəbəkə hesabında yayımladığı kadrlarda onun rəsmi şəxslərlə birlikdə avtobusa minib yol getdiyi və ac olduğunu bildirərək pirojki yediyi anlar əks olunub.
Yayılan videolar qısa müddət ərzində erməni sosial media seqmentində viral xarakter alıb, minlərlə baxış və paylaşım toplayıb. İstifadəçilərin bir qismi bu addımı “xalqın içində olan lider” obrazının nümayişi kimi qiymətləndirib. Digər qrup isə baş nazirin davranışını ictimai rəyi formalaşdırmağa hesablanmış siyasi PR gedişi kimi şərh edib.
Hadisənin diqqət çəkməsinin əsas səbəblərindən biri isə görüntülərin Paşinyanın həyat yoldaşı ilə ayrılması barədə xəbərlərin geniş müzakirə olunduğu dövrə təsadüf etməsidir. Sosial şəbəkələrdə yayılan çoxsaylı şərhlərdə istifadəçilər baş nazirin son davranışlarını şəxsi həyatında baş verən dəyişikliklərlə əlaqələndirməyə çalışıblar.\\Musavat.com