EN

Füzuli Məmmədov: “Qəbələ”yə qalib gəlmək istəyirdik” – ARENA.AZ

“Karvan”ın baş məşqisi Füzuli Məmmədov Azərbaycan Premyer Liqasının 22-ci turu çərçivəsində “Qəbələ”yə qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün Qəbələdə baş tutmuş görüşündə qalib müəyyənləşməyib – 1:1.

Füzuli Məmmədov matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Çox çətin oyun oldu. Ciddi hazırlaşmışdıq, qalib gəlmək istəyirdik. Meydança bir az sürüşkən idi deyə, bizə çətinlik yaradırdı. Futbolçular meydanda yaxşı vuruşdular. Bizim üçün 1 xal da önəmli idi. Komandamız üçün istənilən xal vacibdir. Qalib də gələ bilərdik, uduza da bilərdik. Hər iki komandaya qarşıdakı matçda uğurlar arzulayıram.

Mən gələndən sonra bəzi matçlarda yaxşı oynasaq da, müdafiədə səhvlər buraxmışıq, məğlub olmuşuq. Qələbə qazanmırıq. İnanın ki, səhvləri aradan qaldırmaq üçün çox çalışırıq. Rəqibi təhlil edirik. Qarşıda matçlar var, çempionat bitməyib. Sona qədər mübarizə aparacağıq. Bilirəm ki, çətin olacaq. Amma məcburuq”.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Chosen
5
5
arena.az

10Sources