EN

İranda raketlə vurulan məktəbdə 63 nəfər ölüb VİDEO (YENİLƏNİB)

Unikal.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

İranın cənubundakı Minab şəhərindəki ibtidai məktəbə ABŞ və İsrailin hücumu nəticəsində ən azı 63 nəfər ölüb, 93-dən çox insan yaralanıb. 

"Unikal" xəbər verir ki, bu barədə şəhər prokurorluğu məlumat yayıb. 

"Bu səhər ABŞ və sionist rejimin cinayətkar hücumu nəticəsində ibtidai məktəbə hücum edildi və biz dərhal hadisə yerinə çatdıq. Bu vəhşi hücumda 63 nəfər həlak oldu, 93-dən çox insan yaralandı, onların əksəriyyəti şagirdlər idi. Ölənlər arasında müəllim heyəti və şagirdlərin valideynləri də var idi", - deyə məlumatda qeyd olunub. 

***18:17

İranın cənubunda qızlar məktəbinə raketin düşməsi nəticəsində azı 60 şagird həlak olub.

"Unikal" xəbər verir ki, bunu ölkənin Səhiyyə Nazirliyinin rəsmi nümayəndəsi Hüseyn Kermanpur bildirib.

"60 azyaşlı uşaq həlak olub, 80-i xəsarət alıb", - o, sosial şəbəkə hesabında qeyd edib.

***15:58

İranın Körfəz sahilindəki Bəndər Abbas limanı yaxınlığındakı Minab şəhəri ABŞ bombardmanına məruz qalıb.

"Unikal" İRNA agentliyinə istinadən xəbər verir ki, raket zərbələri nəticəsində 40 nəfər ölüb, 48 nəfər isə müxtəlif dərəcəli bədən xəsarəti alıb.

Şəhər merinin verdiyi məlumata görə, ibtidai məktəb də raket zərbəsinə məruz qalıb və şagirdlər arasında da ölənlər var. Hələlik neçə şagirdin ölməsi məlum deyil. Hadisə yerində çalışan fövqəladə hallar üzrə komissiyanın əməkdaşları dağıntılar arasında qalan şagirdləri xilas edirlər. Bu məktəbdə 170 şagird təhsil alır.

İran mətbuatının xəbərinə görə, Bəndər Abbas limanında İranın dəniz nəqliyyatı üçün infrastrukturu var. ABŞ məhz buna görə limanı və onun yaxınlığındakı obyektləri hədəf alıb.

In a missile strike carried out by Zionist regime this morning targeting a girls’ elementary school in the Minab county, 51 Iranian students have so far been killed and 60 others injured. pic.twitter.com/qiwJkdcWcf

— Iran Military Monitor (@IRIran_Military) February 28, 2026

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
10
unikal.az

1Sources