EN

Layiqli dərsi verəcəyik – Arakçı hədələdi

Netanyahu və Trampın İrana qarşı müharibəsi tamamilə səbəbsiz və qeyri-legitimdir.

Milli.Az axar.az-a istinadən bildirir ki, bunu İranın xarici işlər naziri Abbas Arakçı X sosial hesabında yazıb.

"Bizim güclü silahlı qüvvələrimiz hazırdır. İran ordusu qarşı tərəfə layiq olduqları dərsi verəcək", - Arakçı qeyd edib.

Qeyd edək ki, İsrail müdafiə naziri İsrail Katz ölkəsinin İrana qarşı qabaqlayıcı zərbələr endirməyə başladığını açıqlayıb. ABŞ ordusu İsrailin hücumuna dəstək verir.

Milli.Az

Chosen
1
2
milli.az

3Sources