EN

Rəsmi Ankara ABŞ, İsrail və İrana çağırış etdi

İsrail və ABŞ-nin İrana hücum etməsi ilə başlayan və İranın üçüncü ölkələri hədəf alması ilə davam edən hadisələr regionun gələcəyini və qlobal sabitliyi riskə ata biləcək xarakter daşıyır.

Publika.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin (XİN) bəyanatında qeyd olunub.

Bildirilib ki, rəsmi Ankara beynəlxalq hüquqa zidd və günahsız mülki şəxslərin həyatını təhlükəyə atan hər növ fəaliyyətdən dərin narahatlıq duyur, zorakılığın artmasına səbəb ola biləcək təxribatları pisləyir.

"Tərəfləri hücumları tez bir zamanda dayandırmağa çağırırıq", - bəyanatda vurğulanıb.

Chosen
6
3
publika.az

10Sources