EN

İran ABŞ bazalarına raket zərbələri endirdi: Qətər, Küveyt, Bəhreyn və BƏƏ...

Sherg.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

İsrail və ABŞ-ın səhər saatlarında İrana endirdiyi zərbələrdən sonra Tehran bir neçə istiqamətdə eyni anda raket hücumlarına başlayıb. İsrail ordusunun məlumatına görə, indiyədək ən azı iki dalğa raket buraxılışı qeydə alınıb.

Sherg.az xəbər verir ki, xarici KİV-lər şahidlərə istinadən bildirir ki, İran regiondakı ABŞ hərbi obyektlərini hədəfə alıb.

İlkin məlumatlara əsasən, hücuma məruz qalan obyektlərdən biri Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə yerləşən Əl-Dhafra hərbi hava bazası olub. Həmin bazada ABŞ Hərbi Hava Qüvvələrinin bölməsi yerləşir. Hücumun nəticələri barədə hələlik məlumat verilməyib.

Bununla yanaşı, Qətərdə yerləşən ABŞ-ın Əl-Udeyd aviabazasına da raket hücumu edildiyi bildirilir. Qətər rəsmiləri bütün raketlərin hava hücumundan müdafiə sistemləri tərəfindən zərərsizləşdirildiyini açıqlayıb.

İranın Fars agentliyi İslam İnqilabı Keşikçiləri Korpusuna istinadən xəbər verib ki, Küveytdə yerləşən Əli əl-Səlim aviabazası da raket zərbəsinə məruz qalıb.

Bəhreyndə isə ABŞ Hərbi Dəniz Qüvvələrinin Beşinci Donanmasının təminat mərkəzi hədəf alınıb. ABŞ rəsmisi hücumu təsdiqləyərək vəziyyəti “aktiv təhlükəsizlik vəziyyəti” kimi qiymətləndirib. Sosial şəbəkələrdə yayılan görüntülərə görə, ən azı bir raket hədəf əraziyə düşüb və baza yaxınlığında güclü partlayış baş verib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
12
sherg.az

1Sources