EN

Trampdan iranlılara mesaj: "Biz işimizi bitirəndə..."

ABŞ Prezidenti Donald Tramp “Azadlığınızın vaxtı yaxınlaşır” ifadəsini işlədərək İrandakı mövcud hakimiyyətə qarşı açıq mesajlar verib.

“Bombalar hər yerə düşəcək” deyən Tramp ABŞ-ın hərbi addımlarının davam edəcəyini bildirib.

İranda hakimiyyət dəyişikliyinə eyham vuran Tramp əməliyyatlardan sonra iqtidarın xalqın əlinə keçməli olduğunu müdafiə edib. O, “Biz işimizi bitirdikdən sonra hökumətinizi ələ alın, o sizin olacaq” ifadələrini işlədib.

Çıxışında İran xalqının keçmişdə ABŞ-dan dəstək istədiyini iddia edən Tramp bildirib ki, indiyədək heç bir ABŞ prezidenti belə addım atmayıb.

“Bu, yəqin ki, nəsillər boyu sahib olacağınız yeganə şans olacaq. İllərlə Amerikadan kömək istədiniz, amma bunu ala bilmədiniz. Bu gün mənim etməyə hazır olduğumu heç bir prezident etməyə hazır deyildi”, – deyə Tramp vurğulayıb.

Trump açıqlamasında əməliyyatın miqyası, müddəti və ya hədəfləri ilə bağlı detalları açıqlamayıb.

MOSSAD-dan çağırış

İsrailin İrana qarşı hücumları davam edərkən, İsrailin Xarici Kəşfiyyat Xidməti Mossad İran xalqını foto və videoları onlarla paylaşmağa çağırıb.

Chosen
7
aznews.az

1Sources