EN

Əbu-Dabi və Dubay şəhərləri raket hücumuna məruz qalıb

Birləşmiş Ərəb Əmirliklərinin Xəbər Agentliyi bildirib ki, Dubay və Əbu-Dabi şəhərləri raket hücumuna məruz qalıb. İtkilər barədə məlumat verilmir.

İranın hərbi hava qüvvələri ABŞ-nin regiondakı hərbi bazalarına raket hücumlarını davam etdirir. Əbu-Dabidə partlayış səslərinin eşidildiyi haqqında məlumatlar yayılıb.

SİA xəbər verir ki, bundan qabaq Küveytdə, Bəhreyndə, Qətərdə partlayış olması barədə məlumat yayılmışdı. Ərəb ölkələrinin hava məkanlarına daxil olan raketlərin neytrallaşdırıldığı qeyd olunub.

İran televiziyası bildirib ki, İran ABŞ-nin regiondakı hərbi bazalarını hədəf alır.

Chosen
2
5
sia.az

9Sources