
ABŞ Prezidenti Donald Tramp İrana qarşı həyata keçirilən hərbi əməliyyatların əsas məqsədinin İran xalqı üçün azadlıq qazanmaq olduğunu bəyan edib.
AFN.az xəbər verir ki, bu barədə o "The Washington Post" qəzetinə verdiyi müsahibədə danışıb. "Mənim tək istədiyim insanlar üçün azadlıqdır", - deyə o, İslam Respublikasına qarşı başladılan əməliyyatın hədəflərini şərh edərkən bildirib.
İrandakı vəziyyətdən danışan Tramp həmçinin əlavə edib: "Mən ölkənin təhlükəsiz olmasını istəyirəm və biz buna nail olacağıq".
Prezidentin bu bəyanatı ABŞ və İsrailin İrandakı hərbi və strateji obyektlərə, o cümlədən raket sənayesi və nüvə infrastrukturu mərkəzlərinə endirdiyi genişmiqyaslı zərbələr fonunda səslənib. Tramp daha əvvəl yaydığı video-müraciətdə də iranlılara müraciət edərək, "sizin azadlıq saatınız yaxınlaşır" ifadəsini işlətmiş və onları öz hökumətlərinə qarşı hərəkətə keçməyə çağırmışdı.