Daxili işlər naziri Vilayət Eyvazovun Yevlaxda vətəndaş qəbulu və sıra baxışı təxirə salınıb. Bu barədə 1news.az-a nazirlikdən məlumat verilib. Qeyd olunub ki, martın 2-də Yevlax rayonunda keçirilməsi nəzərdə tutulan vətəndaş qəbulu və sıra baxışı təxirə salınıb. Yeni tarix barədə əlavə məlumat veriləcəyi bildirilib.