EN

Yağış yağdı: bu ərazilərdən sel keçir – FOTO

Axşam saatlarından etibarən bölgəyə yağan intensiv yağışlardan sonra Mişarçayda sululuq kəskin artıb, hazırda çaydan sel keçir.

NOCOMMENT.az xəbər verir ki, Cəlilabad rayonunda yerləşən Uzuntəpə su anbarında suyun həcmi maksimum həddə çatıb.

Səhər saatlarında subasma təhlükəsi yarandığından əraziyə texnika cəlb olunub, müvəqqəti bəndlər qurulub.

Hazırda su anbarında daşqın riski qalmaqdadır. Risk artacağı təqdirdə, günorta saatlarına doğru suyun təhlükəsiz ötürülməsi üçün anbarın qarşı hissəsinin texnika vasitəsilə açılması nəzərdə tutulur.

Chosen
71
3
nocomment.az

6Sources