EN

Qazi Taleh Camalov iftar süfrəsi təşkil etdi Fotolar

Qafqazinfo saytından alınan məlumata görə, ain.az bildirir.

Vətən müharibəsi qazisi, 1-ci qrup əlil Taleh Camalovun təşəbbüsü və təşkilatçılığı ilə şəhid ailələri üçün iftar süfrəsi təşkil olunub.

“Qafqazinfo” xəbər verir ki, tədbirdə deputat Günay Ağamalı, Salyan Rayon İcra Hakimiyyətinin başçısının müavini, Yeni Azərbaycan Partiyasının Salyan rayon təşkilatının sədri, şəhid anaları, eləcə də media nümayəndələri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Qeyd olunub ki, şəhid ailələrinə göstərilən qayğı Azərbaycan dövlətinin sosial siyasətinin əsas istiqamətlərindən biridir.

Çıxış edənlər Ramazan ayının insanları mərhəmətə, paylaşmağa və birliyə çağırdığını bildirərək, bu kimi tədbirlərin cəmiyyət üçün xüsusi əhəmiyyət daşıdığını vurğulayıblar.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
20
qafqazinfo.az

1Sources