Bakı.Trend:
Özbəkistan İsrail ərazisində olan vətəndaşlarını gözlənilənintensiv raket atəşləri fonunda təhlükəsizlik tədbirlərinə ciddiriayət etməyə çağırıb.
Trend bu barədəÖzbəkistanın İsraildəki səfirliyinə istinadən xəbər verir.
Səfirlikdən bildirilib ki, Özbəkistan vətəndaşlarına şəxsitəhlükəsizlik üçün bütün zəruri tədbirləri görmək və İsrail HərbiTəchizat Komandanlığının göstərişlərinə ciddi əməl etmək tövsiyəolunur.
Qeyd edək ki, fevralın 26-da Cenevrədə İran və ABŞ arasındaİranın nüvə proqramı ilə bağlı danışıqların üçüncü raundukeçirilib. ABŞ Prezidenti Donald Tramp administrasiyasında baştutan görüş vəziyyətin diplomatik yolla tənzimlənməsi üçün son şanskimi qiymətləndirilirdi. Danışıqlarda konkret razılaşmalar əldəolunmayıb. Tehran uranın zənginləşdirilməsini dayandırmaqdan, nüvəobyektlərini demontaj etməkdən və nüvə proqramının inkişafınamüddətsiz məhdudiyyətlər tətbiq etməkdən imtina edib. Fevralın28-də səhər saatlarında İsrail və ABŞ İrana qurudan, dənizdən vəhavadan zərbələri endirməyə başlayıb.