EN

Qətər və Bəhreyndə həyəcan siqnalları səslənir - hava məkanları bağlandı

Bakı. Trend:

İran-İsrail arasında eskalasiyalar fonunda Bəhreyndəpartlayışların baş verdiyi bildirilir.

Bu barədə Trendxarici KİV-ə istinadən xəbər verir.

Bundan əvvəl Bəhreynin Daxili İşlər Nazirliyi həyəcan siqnalıverərək, bütün vətəndaşları təhlükəsiz ərazilərə sığınmağaçağırmışdı.

Əlavə edək ki, Qətərin paytaxtı Doha da ballistik rakettəhlükəsi ilə əlaqədar həyəcan siqnalı səslənib. “Əl-Cəzirə”telekanalı Patriot sistemi ilə bir İran ballistik raketininzərərsizləşdirildiyini xəbər verir. Səslənən həyəcan siqnalı canlıyayım zamanı da eşidilib.

Qeyd edək ki, fevralın 26-da Cenevrədə İran və ABŞ arasındaİranın nüvə proqramı ilə bağlı danışıqların üçüncü raundukeçirilib. ABŞ Prezidenti Donald Tramp administrasiyasında baştutan görüş vəziyyətin diplomatik yolla tənzimlənməsi üçün son şanskimi qiymətləndirilirdi. Danışıqlarda konkret razılaşmalar əldəolunmayıb. Tehran uranın zənginləşdirilməsini dayandırmaqdan, nüvəobyektlərini demontaj etməkdən və nüvə proqramının inkişafınamüddətsiz məhdudiyyətlər tətbiq etməkdən imtina edib. Fevralın28-də səhər saatlarında İsrail və ABŞ İrana qurudan, dənizdən vəhavadan zərbələri endirməyə başlayıb.

Məqalədə:
Chosen
14
az.trend.az

1Sources