EN

İran-İsrail münaqişəsi Bakıdan uçuşlara təsir etdi

Azərbaycan Hava Yolları (AZAL) aviaşirkətinin J2-021 nömrəli Bakı-Təl-Əviv reysi İsrail hava məkanının bağlı olması səbəbindən Bakıya geri qayıdıb.

Ölkə.az xəbər verir ki, bu barədə AZAL-ın Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, təyyarə Heydər Əliyev Beynəlxalq Hava Limanına 12:24-də uğurla eniş edib.

Qeyd olunub ki, AZAL Yaxın Şərqdəki mövcud vəziyyəti diqqətlə izləməyə davam edir və uçuşların təhlükəsizliyinin təmin edilməsi üçün bütün lazımi tədbirləri görür. Sərnişinlər uçuş cədvəlindəki dəyişikliklər barədə operativ şəkildə məlumatlandırılacaqlar.

Əlavə məlumat əldə etmək üçün sərnişinlər [email protected] imeyl ünvanı vasitəsilə aviaşirkətlə əlaqə saxlaya bilərlər.

Chosen
59
49
olke.az

10Sources