EN

İran Daxili İşlər Nazirliyi ölkə vətəndaşlarına müraciət edib

Bakı. Trned:

İran Daxili İşlər Nazirliyi ölkə vətəndaşlarını hazırkı şəraitinəzərə almaqla soyuqqanlılığı və sakitliyi qorumaqla yanaşışəhərlərarası və şəhərdaxili hərəkətlərdə ehtiyatlı olmağa vəsəfərləri nəzarətdə saxlamağa çağırıb.

Trend-inməlumatına görə, bu barədə İranın Daxili İşlər Nazirliyi açıqlamayayıb.

Bildirilir ki, İrana İsrail və ABŞ-nin hərbi hava hücumlarınəzərə alınaraq ölkənin bütün vilayətlərinin valilərinə göstərişverilib ki, vilayətlərin ehtiyacları tam şəkildə, dərhal təminolunmalı və vətəndaşların ehtiyacları dərhal aradanqaldırılmalıdır.

Açıqlamada İran vətəndaşlarına yalnız rəsmi mənbələrinməlumatlarına etibar etmələri və şayilərə inanmamalarıistənilib.

Xatırladaq ki, fevralın 17-də Vaşinqton və Tehran arasındakeçirilən nüvə danışıqlarının ikinci raundu irəliləyişsiz başaçatdıqdan sonra ABŞ İrana yaxın ərazilərdə mövcudluğunu artıraraqAvropa və Yaxın Şərqdəki bazalara 150-dən çox təyyarəyerləşdirib.

Qeyd edək ki, fevralın 26-da Cenevrədə İran və ABŞ arasındaİranın nüvə proqramı ilə bağlı danışıqların üçüncü raundukeçirilib. ABŞ Prezidenti Donald Tramp administrasiyasında baştutan görüş vəziyyətin diplomatik yolla tənzimlənməsi üçün son şanskimi qiymətləndirilirdi. Danışıqlarda konkret razılaşmalar əldəolunmayıb. Tehran uranın zənginləşdirilməsini dayandırmaqdan, nüvəobyektlərini demontaj etməkdən və nüvə proqramının inkişafınamüddətsiz məhdudiyyətlər tətbiq etməkdən imtina edib. Fevralın28-də səhər saatlarında İsrail və ABŞ İrana hərbi hava hücumlarınabaşlayıb.

Məqalədə:
Chosen
18
1
az.trend.az

2Sources